“Qarabağ” səfərdə “Neftçi”ni məğlub edib

“Qarabağ” səfərdə “Neftçi”ni məğlub edib
  07 Fevral 2022    Oxunub:820
Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi” və “Qarabağ” oyunu başa çatıb.
AzVision.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Neftçi” klubu “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun 25-ci dəqiqəsində hesab açılıb. Kadi Borges uzaq məsafədən qapını dəqiq nişan alıb. Fasilədən sonra da təzyiqini davam etdirən “köhlən atlar” matçın 62-ci dəqiqəsində fərqi artırıb. Borges özünün və komandasının ikinci qoluna imza atıb. Matçın sonlarına doğru fəallığını artıran “Neftçi” 82-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. “Ağ-qaralar”ın heyətində Mert Çelik adını tabloya yazdırıb. Paytaxt klubunun son dəqiqələrdəki çoxsaylı hücumlarına baxmayaraq, hesab dəyişməyib.

Bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk oyununda “Zirə” səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək “Sabah”- “Qəbələ” və “Səbail”-“Sumqayıt” görüşləri ilə yekun vurulacaq.

AzVision.az



Teqlər: Neftçi  



Xəbər lenti