Rüstəm Əbülfətoğlu MEDİA-dan ayrıldı
“Mənə göstərilmiş etimadın məsuliyyətindən çıxış edərək Medianın İnkişafı Agentliyindəki (MEDİA) fəaliyyətimi bu gün öz xahişimlə başa vurdum. Müəllifi olduğum layihələrin: I-ci Beynəlxalq Şuşa Media Forumunun keçirilməsi, çap və onlayn media subyektləri üçün Reklam Konsorsiumunun yaradılması, qəzetlərin satışı və abunə sisteminin yenidən qurulması ilə real işlək yayım mexanizminin tətbiqi, xüsusi təşviq siyasəti ilə region mətbuatı və yerli mətbəələrin inkişafının stimullaşdırılması kimi proyektlərin həyata keçirilməsi, habelə alçaldıcı "reket" damğasının şərəfli jurnalist peşəsinin üzərindən götürülməsi istiqamətində ictihad həqiqətən şövqləndirici idi...”
Xatırladaq ki, R. Əbülfətoğlu sözügedən vəzifəyə ötən ilin aprel ayında təyin olunmuşdu.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


