Bakıda NATO-nun təlim kursu keçirilir

   Bakıda NATO-nun təlim kursu keçirilir
  08 Fevral 2022    Oxunub:1732
Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı tədbirlər zamanı birgə fəaliyyətlərlə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.

Mövzuya dair fikir mübadiləsi aparılıb, praktiki qrup çalışmaları yerinə yetirilib. Təlim kursu fevralın 11-dək davam edəcək.

AzVision.az


Teqlər: NATO   Təlim  



Xəbər lenti