Görüş zamanı Ülvi Mehdiyev Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, Azərbaycanda startap ekosisteminin inkişafı, biznes mühitinin gücləndirilməsi, dünyanın müxtəlif ölkələrindən innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi və birgə fəaliyyətin təmin olunması istiqamətində gördüyü işlər barədə məlumat verib. Xüsusən də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün əldə etdiyi imkanlardan danışıb.
Görüşdə, həmçinin Azərbaycanda xarici investorlar üçün yaradılan əlverişli biznes mühiti, müxtəlif ölkələrin aparıcı şirkətlərinin qabaqcıl təcrübəsinin tətbiqi, innovasiya və startap ekosistemin təkmilləşdirilməsi sahəsində yaradılan fürsətlər və birgə layihələr, qabaqcıl texnoparkın yaradılması istiqamətində birgə fəaliyyət müzakirə olunub.
Eyni zamanda qonaqlar “Bilim Bakı” mərkəzində aparılan təmir-tikinti işləri ilə tanış olublar.
Mərkəzdə keçiriləcək “Bilim Azərbaycan” və “Deneyap” proqramları erkən yaşlarda innovasiya və texnologiyalara maraq oyatmaqla gələcəyin mühəndisləri, elm adamları və innovativ sahibkarkarın yetişməsinə dəstək verəcək.



AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


