Medianın İnkişafı Agentliyi yeni qanunun hədəflərini açıqladı

 Medianın İnkişafı Agentliyi yeni qanunun hədəflərini açıqladı
  09 Fevral 2022    Oxunub:1936
Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” qanunun imzalanmasından sonra bu sənədin hədəflərini açıqlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli açıqlama verib.
"Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?

- Ölkəmizin milli informasiya mühitinin sağlamlaşmasına;

- Milli informasiya resurslarımızın güclənməsinə;

- Jurnalistika üçün həyati əhəmiyyət daşıyan plüralizmin qorunmasına;

- Jurnalistin sosial portretinin formalaşmasına, statusunun və imicinin yaxşılaşmasına, nüfuzunun güclənməsinə;

- Özfəaliyyət və qeyri-peşəkarlıqla, peşəkarlığın sərhədlərinin müəyyənləşməsinə;

- Mediada layiqli əmək münasibətlərinin möhkəmlənməsinə;

- Dövlətin medianın informasiya təminatını yaxşılaşdırmasına;

- Medianın iqtisadi müstəqilliyini gücləndirməyə yönəlmiş dövlətin güzəşt və imtiyazların dairəsinin müəyyənləşməsinə", - MEDİA təmsilçisi bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti