"Tərtər hadisələri" ilə bağlı 281 zərərçəkmiş şəxs müəyyən edilib

   "Tərtər hadisələri" ilə bağlı 281 zərərçəkmiş şəxs müəyyən edilib
  09 Fevral 2022    Oxunub:2399
"Tərtər işi" ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb. AzVision.az -ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.
"Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir", - xəbərdə qeyd edilir.

AzVision.az


Teqlər: Tər-Tər  



Xəbər lenti