İmişli Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıb

   İmişli Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıb
  09 Fevral 2022    Oxunub:1462
“İmişli Rayon Mərkəzi Xəstəxanası”nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı araşdırma aparılıb.
Rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, araşdırma zamanı xəstəxananın 01.01.2018-ci il tarixdən 25.05.2021-ci il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam edir.

AzVision.az


Teqlər: Cinayət  



Xəbər lenti