"Ermənistanın şərtlər irəli sürməsi müsbət dinamikaya xidmət etmir" - Ceyhun Bayramov

   "Ermənistanın şərtlər irəli sürməsi müsbət dinamikaya xidmət etmir" -    Ceyhun Bayramov
  09 Fevral 2022    Oxunub:2070
Moldovalı həmkarıma Azərbaycan, Ermənistan, Rusiyanın birgə imzaladığı üçtərəfli bəyanatın icrası, əsas istiqamətləri barədə məlumat verdim. Orada vacib elementlərdən biri kommunikasiyaların açılmasına dair tərəflərin götürdüyü öhdəlikdir. Ötən ilin yanvar ayında bununla bağlı İşçi Qrupu yaradılıb.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan heç bir şərt qoymadan sərhədlərin delimitasiyası və demarkasiya üzrə komissiyanın yaradılmasına razılığını verib: "Bunun əksinə olaraq Ermənistan müəyyən şərtlər irəli sürür ki, bu da müsbət dinamikaya xidmət etmir".

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Ermənistan   XİN  



Xəbər lenti