Azərbaycanda bu rayonlar ləğv edilir

   Azərbaycanda bu rayonlar ləğv edilir
  09 Fevral 2022    Oxunub:2564
Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur.
AzVision.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Sözügedən rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək.

AzVision.az


Teqlər: Kəpəz   Nizami  



Xəbər lenti