Pandemiya ilə əlaqədar yeni dövlət standartı

Pandemiya ilə əlaqədar yeni dövlət standartı
  10 Fevral 2022    Oxunub:1650
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına qarşı görülən preventiv və profilaktik tədbirlərin keyfiyyətinin daha da yüksəldilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ISO/PAS 45005:2020 beynəlxalq standart əsasında AZS ISO/PAS 45005:2022 “Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemləri – COVID-19 pandemiyası zamanı təhlükəsiz işləmək üzrə ümumi rəhbərlik” yeni dövlət standartı qəbul olunub.
Bu barədə AzVision.az -a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib. Məlumata görə, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə hazırlanan yeni standartın layihəsini Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) təsdiqləyib və standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Yeni standartın tətbiqi pandemiya dövründə müəssisələrdə təhlükəsiz iş mühitinin yaradılması ilə yanaşı, onların davamlı və səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək.

AzVision.az


Teqlər: Pandemiya  



Xəbər lenti