"Qonşularla əlaqələrin inkişafı bizim üçün vacib rol oynayır" - İranlı səfir

   "Qonşularla əlaqələrin inkişafı bizim üçün vacib rol oynayır" -    İranlı səfir
  10 Fevral 2022    Oxunub:1039
"İranın xarici siyasəti qonşu dövlətlərlə əlaqələrin inkişafına əsaslanır. Qonşularla əlaqələrin inkişafı bizim üçün vacib rol oynayır".
AzVision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi diplomatik münasibətlərin 30-cu ildönümü və İran İslam inqilabının qələbəsinin 43 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İranın yeni prezidenti seçildikdən sonra üç səfər həyata keçirib və bunlar qonşu və region ölkələrinə edilib. "Cənab Rəisi Türkmənistana səfəri zamanı Prezident İlham Əliyevə görüşüb, çox səmimi faydalı danışıqlar aparmışdır. İranın dövlət başçısının Azərbaycan lideri ilə görüşü iki ölkə münasibətlərinin inkişafında dönüş nöqtəsi hesab olunur. Bu görüşdən sonra münasibətlərdə bir sıçrayış hiss olunur. Bu özünü bütün sahələrdə göstərir. İki ölkə beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyir. Ümid edirik ki, münasibətlərimiz inkişaf etməkdə davam edəcək və üçüncü ölkələr bu əlaqələrimizə heç bir xələl gətirə bjlməyəcəklər".

Səfir 3+3 formatının əhəmiyyətini vurğulayıb.

"Ümid edirik ki, bütün ölkələrin altılıq formatına qoşulması digər ölkələrin regiona təsirini aradan qaldıracaq.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: AbbasMusəvi  



Xəbər lenti