"İran regionda nəqliyyat yollarının açılmasına müsbət baxır" - Abbas Musəvi

   "İran regionda nəqliyyat yollarının açılmasına müsbət baxır" -    Abbas Musəvi
  10 Fevral 2022    Oxunub:1981
"İran regionda nəqliyyat yollarının açılmasına müsbət baxır". Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi diplomatik münasibətlərin 30-cu ildönümü və İran İslam inqilabının qələbəsinin 43 illiyi münasibətilə keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı bildirib.
Səfir vurğulayıb ki, bu daha çox Azərbaycanla Ermənistana aiddir: "Hər hansı bir qərar qəbul edilsə, hörmətlə yanaşacağıq".

Onun sözlərinə görə, 30 il ərzində Şərq-Qərb nəqliyyat dəhlizi istiqamətində Azərbaycanla Naxçıvan arasında əlaqələ kömək ediblər. Həmin dəhliz hələ də açıqdır.

- Pandemiyaya baxmayaraq ötən il iki ölkə arasında nəqliyyat əlaqələrin 62 faiz artıb. Ona görə də nəqliyyat əlaqələrinə nə qədər investisiya qoysaq azdır,- diplomat vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: AbbasMusəvi   İran  



Xəbər lenti