Türkiyə və Azərbaycanın mina təmizləyənləri 132 km ərazini təmizləyib
Qeyd olunub ki, ötən ay Türkiyə və Azərbaycan hərbçiləri tərəfindən 5236 kvadrat metr ərazi, ümumilikdə isə 132 kvadrat kilometr ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Bundan əlavə, 1 630 nəfər təlimə cəlb olunub.
"İki dövlət - bir millət anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın haqlı davalarında bu günə qədər olduğu kimi, bundan sonra da bütün imkanlarımızla yanlarında olmağa davam edəcəyimizi bir daha vurğulayırıq”, - məlumatda bildirilib.
AzVision.az
Teqlər: Türkiyə-MN







Vaxtında, Aydın, Lazımlı!


