Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az - a verilən məlumata görə, yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 5,9 olduğu üçün yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss edilib.
Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub.
AzVision.az xəbər verir ki, yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb.
Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər şəhərlərdə, habelə Mərkəzi Aran rayonlarında da hiss olunub. Yeraltı təkanlar eyni zamanda Azərbaycanın şimal-qərb rayonlarında da hiss edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


