Baş Prokurorluğun vəzifəliləri instaqramda sualları cavablandıracaq

   Baş Prokurorluğun vəzifəliləri instaqramda sualları cavablandıracaq
  14 Fevral 2022    Oxunub:1160
Baş Prokurorluğun idarə rəisləri vətəndaşların suallarını cavablandıracaq.
Mətbuat xidmətindən AzVision.az - a verilən məlumata görə, İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə sualları cavablandıracaq.

Həmin şəxslər fevralın 15-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində saat 11:00-dan saat 12:00-dək canlı yayımda olacaqlar.

AzVision.az


Teqlər:



Xəbər lenti