"İdeal”ın keçmiş sahibinə 6 il həbs cəzası verildi

   "İdeal”ın keçmiş sahibinə    6 il həbs cəzası verildi
  14 Fevral 2022    Oxunub:2722
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. AzVision.az xəbər verir ki, o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, iş adamının Nərimanov rayonunda yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

İstintaq dövründə ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər:



Xəbər lenti