Paşinyan Aİ nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib

Paşinyan Aİ nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib
  14 Fevral 2022    Oxunub:1910
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.
AzVision.azxəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Tərəflər Cənubi Qafqazda 44 günlük müharibədən sonrakı vəziyyəti, Ermənistan-Azərbaycan sərhədi ilə bağlı məsələni, sabitliyin təmin edilməsi istiqamətində atılan addımları müzakirə ediblər. Bundan əlavə, UNESCO missiyasının regiona səfərinin vacibliyi vurğulanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Paşinyan    



Xəbər lenti