Buster dozası olmayan daha restoran və mollara girə bilməyəcək
Vətəndaşlar qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.
Bundan başqa, bu gündən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək.
Xatırladaq ki, fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
AzVision.az
Teqlər: Buster-doza







Vaxtında, Aydın, Lazımlı!


