“Zəngəzur dəhlizi Aİ ölkələrinə də yeni imkanlar yaradacaq” - Sahibə Qafarova

   “Zəngəzur dəhlizi Aİ ölkələrinə də yeni imkanlar yaradacaq” -    Sahibə Qafarova
  15 Fevral 2022    Oxunub:1182
“Ermənistan işğal altında qalan torpaqlarımızı viran qoyub. Azərbaycan torpaqlarımızı işğaldan azad etdikdən sonra sülh sazişinin imzalanması ilə bağlı bir neçə dəfə Ermənistana təkliflər verib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin (MM) sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Baltikyanı ölkələrə səfərindən danışarkən deyib.

“Zəngəzur dəhlizinin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq. Ölkəmiz Avropa İttifaqı ilə enerji təhlüəsizliyinə mühüm töhfələr verir”, - o bildirib.

AzVision.az


Teqlər: Zəngəzur   Dəhliz  



Xəbər lenti