Övladlığagötürmə altsistemi təkmilləşdiriləcək

   Övladlığagötürmə altsistemi təkmilləşdiriləcək
  15 Fevral 2022    Oxunub:1477
Azərbaycanda himayədar ailə institutu inkişaf etdiriləcək.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi ilə, habelə bu Fərmanda nəzərdə tutulmuş digər məsələlərlə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə 2022-ci il noyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin etməlidir.

AzVision.az



Teqlər: ƏƏSMN  



Xəbər lenti