Deputat iş adamlarını xüsusi təyinatlı olmağa səslədi
Onun toxunduğu ikinci məsələ isə Prezidentin sahibkarları işğaldan qurtarılan torpaqlarımıza yatırım qoymağa səsləməsilə bağlı olub.
- Fikrimcə, bu çağırışın məhz Ağdam Cümə məscidinin qarşısında edilməsi təsadüfi deyildi. Bununla diqqətə çatdırılırdı ki, iş adamlarımızın oradakı quruculuq prosesinə qatılmaları təkcə biznes layihəsi yox, həm də mənəviyyat, prinsip və qeyrət məsələsidir. İş adamlarımız Dədə Qorqudun “torpağı qorumadınsa əkməyə, əkmədinsə qorumağa dəyməz” sözləriylə yəqin tanışdılar. Torpağımız başda şəhidlərimiz, qazilərimiz olmaqla igid oğullarımızın fövqəladə qəhrəmanlıqları sayəsində işğaldan azad edildi. İndi ordumuz onu göz bəbəyi kimi qoruyur. Amma torpağı vətən edən təkcə onun üzərinə tökülən şəhid qanı deyil, həm də orada yaşayışın, abadlığın, əmin-amanlığın olmasıdır,- deputat vurğulayıb.
Sahib Alıyev bildirib ki, xüsusi təyinatlılarımızın torpaqlarımızın işğaldan azad edilməsində hansı rolu oynadıqalrı kimsəyə sirr deyil. Bu gün iş adamlarımız quruculuq prosesinin xüsusi təyinatlıları kimi çıxış edə bilərlər və etməlidirlər: “Xüsusi təyinatlılarımız Müzəffər Ali Baş Komandanmızın hücum əmrini necə ləyaqətlə yerinə yetirdilərsə, ümid edirəm ki, iş adamlarımız da onun Qarabağa və Şərqi Zəngəzura yatırım qoymaq çağırışına eyni həssaslıqla yanaşacaqlar. Orada yeni müəssisələr yaratmaqla yanaşı, evlərin tikilməsində də dövlətə köməklərini əsirgəməyəcəklər”.
Paşa Holdinq başda olmaqa ayrı-ayrı şirkətlərimizin məcburi köçkünlər üçün Qobuda 3600 mənzillik 3 yaşayış kompleksi tikdiklərini xatırladan millət vəkili deyib ki, indi daha çox şirkət və imkanlı şəxslər eyni xeyirxahlığı Qarabağa, Şərqi Zəngəzura qayıdacaq soydaşlarımıza yanaşmada da etməlidilər, onlara evlərin tikilməsiylə bağlı yükün bir hissəsini öz üzərlərinə götürməlidirlər. Biz təkcə savaşda yox, quruculuq işlərində də bir yumruq olduğumuzu göstərməliyik!







Vaxtında, Aydın, Lazımlı!


