Bakı metrosu yeni vaqonlar alıb
"Artıq qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq. Bununla da metropliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay aylarından etibarən artıq Bakı metropoliteninin stansiyalarında hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq",-deyə qurum rəsmisi bildirib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Metro







Vaxtında, Aydın, Lazımlı!


