75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi

   75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi
  16 Fevral 2022    Oxunub:1305
Ötən il Azərbaycanda bələdiyyələrin 90 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
AzVision.az -ın xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, həmin protokollar üzrə 75 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 5 inzibati xəta protokoluna xitam verilib, 10 protokola isə baxılmaqdadır.

AzVision.az


Teqlər: Bələdiyyə  



Xəbər lenti