İçməli su ilə bağlı araşdırmanın nəticələri açıqlandı

   İçməli su ilə bağlı araşdırmanın nəticələri açıqlandı
  16 Fevral 2022    Oxunub:1599
"Azərbaycanda suda orqanik keyfiyyət çox vaxt yaxşı olmur".
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə deyib. Onun sözlərinə görə, hazırda ölkənin 26 rayonunun 483 kəndində lokal təmizləyici qurğular fəaliyyət göstərir.

"13 rayonda mərkəzləşdirilmiş su təchizatı təmin olunub. Ölkədə suyun keyfiyyəti yaxşıdır. Su ilə bağlı bir sıra infeksion xəstəliklər qeydə alınmayıb”.

Nazirlik rəsmisi qeyd edib ki, "İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Milli Dövlət Standartı hazırlanıb:
"İşçi qrupu da yaradılıb, suda kimyəvi maddələr, bakteroloji və digər göstəricilər araşdırılb. Həmin standartlar Avropa standartlarına uyğunlaşdırılıb".

AzVision.az






Teqlər: Su  



Xəbər lenti