Komitə nəzarətsiz qalan uşağa sahib çıxdı
T.Mərdanoğlu bildirib ki, növbəti tədbir olaraq, Yasamal rayonunda yerləşən özəl müəssisələrin birinin təşəbbüsü əsasında Dövlət Komitəsinin nümayəndəsi uşağın anası və ailəyə dəstək göstərən E.İbrahimova (qonşu) ilə birlikdə həmin müəssisəyə səfər edib və azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi təmin edilib.
Qeyd edək ki, fevralın ayının əvvəlində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olmasını əks etdirən videogörüntü yayılıb.
Həmin vaxt dərhal Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər.
Məlum olub ki, 6 yaşlı uşağın anası A.Ə evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işləyir və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə gedib.
Buna görə də ailə nəzarətə götürülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


