Pekində Azərbaycan paralimpiya komandasının bayraqdarı açıqlanıb

   Pekində Azərbaycan paralimpiya komandasının bayraqdarı açıqlanıb
  17 Fevral 2022    Oxunub:1560
Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və bayraqdarı müəyyən edilib.
AzVision.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun qərarına əsasən Rauf Mürsəlov Azərbaycan komandasının şef-de-missionu təyin edilib. İdmançımız Mehman Ramazanzadə isə açılış mərasimində millimizin bayraqdarı olacaq.

Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının nümayəndə heyəti:
1. Rauf Mürsəlov – şef-de-mission, Komitənin idman şöbəsinin müdiri
2. Azər Tapdıqov – Komitənin qış idman növləri üzrə kuratoru, mətbuat katibi
3. Məhəmməd İsmayılov – milli komandanın baş məşqçisi, Şahdağ Turizm Mərkəzinin xizək təlimatçısı.
4. Leyli Yusifli – COVID menecer, idman şöbəsinin aparıcı mütəxəssisi

Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

Azərbaycan Milli Paralimpiya Komandasının üzvü Mehman Ramazanzadə kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı 09 mart 2022-ci il tarixində baş tutacaq.

XIII Qış Paralimpiya Oyunları 04-13 mart 2022-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.


AzVision.az


Teqlər: Pekin2022  



Xəbər lenti