Yeni radionun açılması üçün müsabiqə başa çatıb

 Yeni radionun açılması üçün müsabiqə başa çatıb
  17 Fevral 2022    Oxunub:1661
Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb və sənəd verən şirkətlər açıqlanıb.
Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) AzVision.az-a verilən məlumata görə, Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə sənədlərini təqdim edən şirkətlər aşağıdakılardır:

1) "Xəzər TV" MMC (radio kanalın adı: Xəzər Xəbər Radio);
2) "Real Təhlil İnformasiya Mərkəzi" MMC (radio kanalın adı: Real FM);
3) "İNS ÇM" MMC; (radio kanalın adı: İNS ÇM Radio);
4) "İsti Press" MMC (radio kanalın adı: İsti Press Radio);
5) "ProMediaGroup" MMC (radio kanalın adı: Sport Radio);
6) "Balans Studiyası" MMC (radio kanalın adı: Balans Studiyası).

Qeyd edək ki, müsabiqə üçün sənəd qəbuluna yanvarın 17-dən başlanılmışdı.

AzVision.az



Teqlər: Müsabiqə  



Xəbər lenti