Nəsib bəy Yusifbəylinin nəvəsi vəfat etdi

   Nəsib bəy Yusifbəylinin  nəvəsi vəfat etdi
  17 Fevral 2022    Oxunub:1662
Azərbaycan Xalq Cümhuriyyəti liderlərindən biri, Azərbaycan hökumətinə başçılıq etmiş tarixi şəxsiyyət Nəsib bəy Yusifbəylinin Almaniyada yaşayan nəvəsi Oğuz Yusuf Göygöl vəfat edib. Bu barədə HafizTimes.com-a Oğuz Yusuf Göygölün ailəsi məlumat verib.
-Bu gün səhər saatlarında atam dünyasını dəyişdi. O, xəstəxanada müalicə olunurdu. Çox təəssüflər olsun ki, atamı xilas edə bilmədik. Hamburq şəhərində yaşayırıq. Hazırda burada dəhşətli fırtına var. Buna görə də məzarlıqlar bu gün və sabah bağlıdır.

-Atam Azərbaycanı çox sevirdi. Azərbaycanı görmək istəyirdi. Təəssüflər olsun ki, o, arzusuna çata bilmədi.

AzVision.az


Teqlər: NəsibbəyYusifbəyli  



Xəbər lenti