AMEA-nın ümumi yığıncağı keçiriləcək

AMEA-nın ümumi yığıncağı keçiriləcək
  17 Fevral 2022    Oxunub:1212
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.
Bunu AzVision.az AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva deyib.

O bildirib ki, ümumi yığıncaqda Akademiyaya yeni prezident seçiləcəyi ilə bağlı qəti qərar yoxdur. Hazırda yığıncaqda iştirak edəcək şəxslərin sayı dəqiqləşdirilir. İclasın keçirilməsi də bu saydan aslı olacaq. Bundan sonra iclasın gündəliyi məlum olacaq.

Qeyd edək ki, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib. AMEA prezidenti Ramiz Mehdiyev istefa etdiyini bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti