Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi

   Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi
  18 Fevral 2022    Oxunub:1172
Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynova ağır itki üz verib.
Xüsusi Təyinatlı Qüvvələrin baş gizirinin atası Əhəd Hüseynov dünyasını dəyişib.

Mərhum bu gün Ağdamın Mirəşelli kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Yaşar Hüseynovun bir qardaşı Füzuli Hüseynov birinci Qarabağ müharibəsində şəhid olub, digər qardaşı Fərman Hüseynov isə qazidir.

Xatırladaq ki, Ağdamın Abdal-Gülablı kəndində anadan olan Yaşar Hüseynov, Şuşaya bayraq sancdıqdan sonra, Azan oxuması ilə diqqət çəkmişdi.(Qafqazinfo)



AzVision.az


Teqlər:



Xəbər lenti