Tərtərdə minaya düşənlərin vəziyyəti açıqlanıb

   Tərtərdə minaya düşənlərin vəziyyəti açıqlanıb
  18 Fevral 2022    Oxunub:1923
Tərtərdə minaya düşərək xəsarət alan yol işçilərinin durumu açıqlanıb.

Tərtər Rayon Mərkəzi Xəstəxanasından AzVision.az -a bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə ilkin tibb yardım yardım göstərilib və evə buraxılıb.
Qeyd olunub ki, digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşaiyəti altındadır.

Xatırladaq ki, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

AzVision.az


Teqlər:



Xəbər lenti