Arvadını güllələyib, polisə atəş açan şəxs saxlanıldı - YENİLƏNİB
Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Şirvanda qadın əri tərəfindən güllələnib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.
Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.
Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.
O, saxlanarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan Elnur Babayev polislərlə atışmada yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


