Hərbi Dəniz Qüvvələri Xəzərdə təlim keçirəcək

   Hərbi Dəniz Qüvvələri Xəzərdə təlim keçirəcək
  19 Fevral 2022    Oxunub:1751
Azərbaycan Hərbi Dəniz Qüvvələri bu ilin yay aylarında Xəzər dənizində hərbi təlimlər keçiriəcək.


Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev HDQ-də keçirdiyi müşavirə zamanı təlimlərə hazırlıq məsələləri müzakirə olunub.
Baş Qərargah rəisi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda keçiriləcək təlimlərə hazırlıq, o cümlədən dəniz piyadalarının seçilməsinə, onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlər verib.

AzVision.az



Teqlər: Təlim  



Xəbər lenti