Maskalı şəxslər şirkətə basqın etdi

Maskalı şəxslər şirkətə basqın etdi
  19 Fevral 2022    Oxunub:2225
Suraxanıda maskalı şəxslər şirkətə basqın edib.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə fevralın 13-də saat 5 radələrində Suraxanı qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin həyətinə girmiş 2 maskalı şəxsin oradakı traktorun hissələrini söküb apararkən nəzarətçi, Bakı şəhər sakini C.Muxtarovu bıçaqla hədələyərək getmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuşlar - P.Abdullayev və C.Abdullayev müəyyən edilərək saxlanılıb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: Oğurluq  



Xəbər lenti