Ədalət Vəliyev: "Qələbə ilə bağlı məkrli manipulyasiyaların qarşısı alınmalıdır"
Ə. Vəliyev deyib ki, İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Ermənistanı məğlub etdi və işğala son qoydu: "Əldə olunmuş Qələbənin nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. Azərbaycan xalqının tarixinə yazılmış bu Böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır".
Ə. Vəliyev qazi və şəhid ailələrinə göstərilən qayğı kontekstində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "YAŞAT" Fondu və Qarabağ Dirçəliş Fondunun fəaliyyətini xüsusi qeyd edib.
AzVision.az
Teqlər: ƏdalətVəliyev Qarabağ







Vaxtında, Aydın, Lazımlı!


