Rusiya səfirliyinin sərxoş əməkdaşı Bakıda qəza törətdi - FOTOLAR

   Rusiya səfirliyinin sərxoş əməkdaşı Bakıda qəza törətdi -    FOTOLAR
  20 Fevral 2022    Oxunub:3713
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


AzVision.az APA-ya istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadın piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən onu vurub.
Qadın ağır xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Polisin verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb.





AzVision.az


Teqlər:



Xəbər lenti