Mustafa Sandal nişanlandı: "Ömürlük sevgilim olacaq"+ FOTOLAR

   Mustafa Sandal nişanlandı:   "Ömürlük sevgilim olacaq"+  FOTOLAR
  20 Fevral 2022    Oxunub:2445
Türkiyəli tanınmış müğənni Mustafa Sandal sevgilisi Melis Sütşurupla nişanlanıb. AzVision.az xəbər verir ki, Melis Sütşurup ailə arasında keçirilən nişan mərasimindən ən özəl anları İnstaqram hesabında paylaşıb.
Melis "İndi o mənim nişanlımdır, amma ömürlük sevgilim olacaq" ,-deyə yazıb. Mustafa Sandal isə nişan mərasimində geyindiyi qara köynəklə sosial medianın dilinə düşüb. Məşhur adın bəzi pərəstişkarları Sandalın nişan mərasimində qara köynək geyinməsini tənqid ediblər.

Qeyd edək ki, cütlüyün toyu iyunda olacaq. Mustafa Sandal daha öncə müğənni Emine Yahoviçlə evli olub.









Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti