"Buster" doza alanların sayı 200 minə çatır

"Buster" doza alanların sayı 200 minə çatır
  21 Fevral 2022    Oxunub:1178
Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 88 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunan qeydə alınmayıb.

Vurulan vaksinlərin ümumi sayı 12 787 678, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 339, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 775 034, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 533 323, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.

AzVision.az


Teqlər: Vaksinasiya  



Xəbər lenti