Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyası yaradılacaq
Azərbaycan Ombudsmanı onlayn tədbirdə çıxış edərək, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından təcrübə mübadilələrinin əhəmiyyətli olduğunu vurğulayıb. Səbinə Əliyeva Assosiasiyanın əsasnaməsinin müzakirəsi və təşkilati işlərin təmini məqsədilə hər bir üzv qurumun nümayəndəsinin təmsil olunduğu işçi qrupunun yaradılması təklifini irəli sürüb. Bu təklif tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Yekunda tədbir iştirakçıları birgə əməkdaşlığın güclənməsinə böyük təkan verəcək Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasının canlı formatda keçirilməsi barədə razılığa gəliblər.
AzVision.az
Teqlər: Ombudsman







Vaxtında, Aydın, Lazımlı!


