Deputatlarımız İrəvanda AVRONEST-in iclasında iştirak edir

   Deputatlarımız İrəvanda AVRONEST-in iclasında iştirak edir
  22 Fevral 2022    Oxunub:1410
Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.

Ermənistan mətbuatı yazır ki, azərbaycanlı deputatlar gücləndirilmiş mühafizənin müşayiəti ilə tədbirin keçirildiyi İrəvan İdman-konsert kompleksinə gəliblər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

AzVision.az


Teqlər: İrəvan   AVRONESTPA  



Xəbər lenti