Qarabağ yollarındakı mövcud vəziyyət - Agentlik sədri açıqladı
"Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, habelə Laçın rayonu ərazisində Qorçu hava limanının tikiləcəyi ərazidə qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib. Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi “Zəfər Yolu”nun tikintisidir. Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırıldı. Bu yol, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır".
S.Məmmədov bildirib ki, Füzuli Beynəlxalq Hava limanını əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81.6 km olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla 2-ci avtomobil yolu yüksək sürət və keyfiyyətlə inşa edilir:
"Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunur. Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür. Yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa olacaq".
Agentliyinin sədri qeyd edib ki, ötən il iki qardaş ölkənin dövlət başçıları tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir:
"123.6 km uzunluğa malik, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa bu yolun regional əhəmiyyəti də olduqca böyükdür.
Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.
Bundan əlavə, 2021-ci il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (80.7 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolu (72.8 km, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (726.3 km, 2 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı), Qubadlı – Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Qubadlı - Mahmudlu - Yazıdüzü - Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayil-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı), Hadrut-Tuğ-Azıx avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), Bərdə - Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı), Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun (22 km, 2 hərəkət zolaqlı) tikintisi işləri uğurla davam etdirilib.
2021-ci il ərzində Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımı təmir işləri nəticəsində fasiləsiz hərəkət təmin edilib.
Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək Kəlbəcər-Laçın avtomobil yolunun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


