Conson Rusiyanı hədələdi: "Çox ağır sanksiyalar olacaq"

  Conson Rusiyanı hədələdi: "Çox ağır sanksiyalar olacaq"
  22 Fevral 2022    Oxunub:1630
Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanı iqtisadi maraqlarına ciddi təsir edəcək sanksiyalarla hədələyib.
AzVision.az xəbər verir ki, bu barədə hökumət rəhbəri “Sky News” telekanalına açıqlamasında deyib.

“Sanksiyalar Rusiyaya çox ağır zərbə vuracaq və müdaxilə olarsa, biz daha sərt tədbirlər qəbul edəcəyk. Çox ağır sanksiyalar olacağına şübhə etmirəm. Rusiya şirkətlərinə Böyük Britaniyanın maliyyə bazarlarında kapital cəlb etməyə və s. sahələrdə qadağa qoyulsa, nəticənin necə olacağı aydın olur”, - baş nazir bildirib.

Consonun sözlərinə görə, Ukraynaya genişmiqyaslı müdaxilə olacağı təqdirdə, Rusiya Federasiyasına qarşı əlavə tədbirlər görülə bilər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Conson   Britaniya   Sanksiya  



Xəbər lenti