Azərbaycanda işsizlik səviyyəsi 6 faizdir

 Azərbaycanda işsizlik səviyyəsi 6 faizdir
  23 Fevral 2022    Oxunub:2266
"Nazirlik tərəfindən son 4 ildə 400 min nəfərə sosial müavinət, 300 min nəfərə təqaüd, 176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ünvanlı dövlət sosial yardımı verilib. Həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği də bu dövrdə 2,5 dəfə artaraq 380 manata çatıb".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda deyib. Nazir COVID-19 pandemiyası dövründə 4 istiqamət üzrə 12 sahə üzrə icra olunan sosial dəstək paketinin ölkə əhalisinin 48 faizini və ya 4,8 milyon nəfəri əhatə etdiyini diqqətə çatdırıb:

"Məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.

Postmüharibə dövründə ölkəmizdə müharibədən zərər çəkmiş mülki əhali, eləcə də şəhid ailələri və müharibədə yaralanmış insanlarla bağlı sosial dəstək tədbirləri 45 minə yaxın insanı əhatə edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib".

Aytən Zəhra
AzVision.az


Teqlər: Müavinət   İşsizlik  



Xəbər lenti