Ali Məhkəmədə baxılan hərbi cinayət işlərinin sayı açıqlanıb
Qeyd edilib ki, Kollegiya tərəfindən 2021-ci ildə baxılan 97 işdən 86 (71,1%) nəfər haqqında 71 (73,2%) iş üzrə apellyasiya instansiyası məhkəmələrinin qərarları (hökmləri) dəyişdirilmədən saxlanılıb, 24 (19,8%) nəfər haqqında 17 (17,5%) iş üzrə qərarlar (hökmlər) ləğv olunub, o cümlədən 23 (19%) nəfər haqqında 16 (16,5%) iş üzrə qərarlar (hökmlər) ləğv edilərək, işlər yeni apellyasiya baxışına təyin edilib, 1 (0,8%) nəfər haqqında 1 (1%) iş üzrə qərarlar (hökmlər) ləğv edilərək cinayət işləri üzrə icraata xitam verilib, 8 (6,6%) nəfər haqqında 6 (6,2%) iş üzrə qərarlar (hökmlər) dəyişdirilib, 3 (2,5%) nəfər haqqında 3 (3,1%) iş üzrə kassasiya şikayətləri məhkumların və onların müdafiəçilərinin ərizələrinə əsasən geri qaytarılıb.
Beləliklə, hesabat dövründə Ali Məhkəmənin CK tərəfindən baxılan hərbi məhkəmələrin yurisdiksiyasına aid cinayət işləri üzrə apellyasiya instansiyası məhkəmələrinin ümumilikdə 32 (26,4%) nəfər haqqında 23 (23,7%) iş üzrə qərarları (hökmləri) ləğv olunub və ya dəyişdirilib.
AzVision.az
Teqlər: Ali-Məhkəmə







Vaxtında, Aydın, Lazımlı!


