Valideynlərin nəzərinə ! Uşaqlarda qurd xəstəliyinin fəsadları

      Valideynlərin nəzərinə !    Uşaqlarda qurd xəstəliyinin fəsadları
  23 Fevral 2022    Oxunub:3254
"Orqanizmdə olan qurd sayından asılı olaraq qan azlığı yaranır. Qurd növünə görə insanlarda meningit kimi fəsadlar meydana çıxa bilir. Dünya praktikasında qurd xəstəliyindən ölən insanlar da var. Lakin qurd xəstəliyi əksər hallarda simptomsuz olur və çoxu ölümlə nəticələnmir".
AzVision.az xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib. Onun sözlərinə görə, qurd əleyhinə verilən bitki mənşəli dərmanların çoxu böyrək çatışmazlığına səbəb ola bilər. Belə ki, həkim məsləhəti olmadan dərman qəbulu yolverilməzdir.

Həkim bildirib ki, bəzən it və pişikdən uşaqlara toksokara qurdu keçir: “Toksokara qurdununyoluxan iki növü var. Exinakok da heyvanlardan yoluxan qurddur. Lakin təbiətdə gəmiricilərdən və başqa heyvanlardan da qurdlar uşaqlara keçə bilir. Qurdların bəziləri uzun müddət uşağın bədənində yaşaya bilsə də, bəziləri, o cümlədən enterbioz az müddətdə bədəndə qalır".



O qeyd edib ki, hər qurd xəstəliyi ilə bağlı şikayətlər fərqlidir: “Bəzən qurd xəstəliyi ilə bağlı simptomlar özünü çox da büruzə vermir. Enterobioz növdə arxa nahiyənin qaşınması, əsəbilik, yuxunun pozulması, bəzi uşaqlarda gün ərzində halsızlıq olur. Askarid qurd növü ağciyərlə əlaqəli olduğundan öskürək, asmaya bənzər xışıltılı öskürək, bəzən çəki azlığı, inkişafdan geri qalma, qarın ağrıları, qurd yumaq şəklində olanda cərrahi problemlərə də səbəb ola bilər”.

AzVision.az



Teqlər: Uşaq   Qurd-xəstəliyi  



Xəbər lenti