12 yaşlı qızın zorlanması ilə bağlı cinayət işi açıldı

   12 yaşlı qızın zorlanması ilə bağlı  cinayət işi açıldı
  23 Fevral 2022    Oxunub:2365
Bakının Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Cinayət  



Xəbər lenti