Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs olunub

 Müdafiə Nazirliyinin sabiq idarə rəisi  həbs olunub
  23 Fevral 2022    Oxunub:3291
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

AzVision.az



Teqlər: Müdafiə-Nazirliyi  



Xəbər lenti