Ukraynada yaşayan azərbaycanlılar arasında yaralılar var?

   Ukraynada yaşayan azərbaycanlılar arasında  yaralılar var?
  24 Fevral 2022    Oxunub:3251
“Ukrayna hazırda dünyanın supergüclərindən biri ilə müharibə aparırır. Ölkə hərbi vəziyyət elan olunub. Belə bir vaxtda əşkilatların insanları bir yerə toplamağı, onlarla bağlı nəsə hərəkət etmələri demək olar ki, imkan xaricindədir. Ukrayna dövlətinin hər kəsə tövsiyyəsi insanların evlərində oturması, panikaya düşməmələri, sakitçiliklərini qorumalarıdır”.
Bunu AzVision.az -a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədov deyib. O bildirib ki, ölkə əhalisi kütləi şəkildə aptek və marketlərə axın edib və böyük növbələr yaranıb:

“Təşvişə düşən əhali şəhərləri tərk edirlər. Böyük tıxaclar var. İnsanlar xaos vəziyyətindədir. Bu da təbiidir, çünki raket zərbələrinin əsas hədəfi insanlarda qorxu və xaos yaratmaq, bəlli strateji obyektlərə zərbə endirməkdir. Fikrimcə 2-3 gün keçəndən sonra insanlar üzərində şok effekti azalacaq. Artıq cəbhədə vəziyyət, Rusiya və Ukraynanın itkiləri müəyyən olunacaq”.



C.Məmmədov bildirib ki, ukraynanılar əsasən ölkənin Qərb tərəflərinə daha çox axın edirlər:

“Bu gün ukraynadakıların başqa ölkəyə getmək şansı azdır, çünki hava məkanı mülki təyyarələr üçün bağlıdır. Düşünürlər ki, əsas mübarizə Kiyev uğrunda olacaq. Ona görə Kiyev və onun ətrafından uzaqlaşmaz istəyirlər. Lakin Lvovun yaxınlığında staretji obyektləri raket zərbələri ilə vurublar.
Bu gün müharibə başladığı üçün insanların çoxu işə getməyib. Sabaha yəqin ictimai nəqliyyatın necə işləyəcəyi, iş yerləri brədə qərarlar verilə bilər”.

Baş katib Ukraynada yaşayan azərbaycanlılar arasında xəsarət alanların olmadığını bildirib:
“Ukraynada yaşayan azərbaycanlılarla hər zaman əlaqədayıq. Regionlardakı təşkilatın rəhbələri ilə danışırıq. Çətin vəziyyətdə qalan azərbayanlı yoxdur. Lakin hamının sualı budur ki, nə vaxt Azərbaycana gedə ilərik ? Bu sualın cavabını bilmirik, çünki situasiya necə olacaq bilinmir.
Xarkovdakı azərbaycanlılar da öz evlərindədir. Rusiya ordusu Xarkovun daxilində yoxdur. Ukrayna ordusu Xarkovu müdafiə edir. Bu gün hər hansı ciddi problem yoxdur. Hazırda xəsarət alanlar içərisində azərbayanlılar olması ilə bağlı hər hansı məlumat yoxdur”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti