Pul yığan məktəb direktoruna cinayət işi açıldı

   Pul yığan məktəb direktoruna  cinayət işi açıldı
  24 Fevral 2022    Oxunub:2049
Azərbaycanda məktəb direktoruna qarşı cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, Ağstafa rayon Aşağı Kəsəmən kənd tam orta məktəb direktorunun səs yazısının yayılması bağlı araşdırma aparılıb. Direktor Mətanət Məmmədovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbin müəllimlərindən dərs saatlarına görə müxtəlif məbləğlərdə pul almasına dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.

AzVision.az



Teqlər: Cinayət  



Xəbər lenti