Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

   Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
  25 Fevral 2022    Oxunub:1544
Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır. Digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur:

"III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər".

Sədr qeyd edib ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq.

"Bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər. Magistraturaya qəbul imtahanı üzrə də bakalavrlara ikinci dəfə imtahan vermək imkanı yaradılacaq. Növbəti imtahanın mayın 29-u keçirilməsi nəzərdə tutulur".

Aytən Zəhra
AzVision.az



Teqlər: İmtahan  



Xəbər lenti